6 may 2026. Çərşənbə

Şenol Güneş Azərbaycanla oyundakı mənfi cəhətləri izah etdi


Şenol Güneş Azərbaycanla oyundakı mənfi cəhətləri izah etdi

"Millidəki futbolçular hər zaman birlikdə oynamırlar. Bu da komandaya mənfi təsir göstərir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu İrfan Can Kahveci Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu şərh edərkən deyib.

"Fənərbaxça" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi qarşılarına çıxan bütün komandalara qalib gəlmək istədiklərini bildirib: "Bu, həm də yoldaşlıq matçı idi. Baş məşqçi Şenol Günəş hər kəsi meydanda görmək istəyirdi. O, Azərbaycanla oyundan sonra mənfi və müsbət cəhətlərimizi izah etdi. Ümid edirəm ki, növbəti görüşlərdə də qalib gələcəyik".

Təcrübəli oyunçu Avropa çempionatında bacardıqları qədər irəli getmək istədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə millisi bu gün yoldaşlıq oyununda Qvineya ilə üz-üzə gələcək. Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb