15 may 2026. Cümə

Keşlə'nin qapıçısı millinin heyətindən çıxarıldı


Keşlə'nin qapıçısı millinin heyətindən çıxarıldı

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova yığmasının heyətində iyunun 3-də Türkiyə millisi ilə matçda iştirak etməyəcək.

Corner.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Bordin 35 yaşlı qolkiperi oyunun iştirak ərizəsinə daxil etməyib.

Moldova mətbuatı bəzi oyunçuların zədəli və ya klublarında bəzi qarşılaşmalarda iştirak etdikləri üçün heyətdə yer almadığını yazıb. Digər 7 futbolçunun iyunun 6-da Kişineuda Azərbaycanla matçda iştirak edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu Kişineuda təşkil olunacaq. "Keşlə" mayın 24-də "Sumqayıt"ı final oyununda 1:0 hesabı ilə yenərək, Azərbaycan Kubokunu qazanıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb