Futbol üzrə Kamboca yığması bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Corner.az xəbər verir ki, yaponiyalı futbolçu Keysuke Hondanın baş məşqçisi olduğu komanda səfərdə Bəhreyn millisi ilə qarşılaşıb.
Bir müddət əvvəl “Neftçi”dən ayrılan 34 yaşlı ulduzun yetirmələri bu görüşdə biabırçı hesabla məğlub olublar. Kamboca yığması 8 cavabsız qolla darmadağın olub.
Qeyd edək ki, Asiya üzrə seçmə mərhələnin C qrupunda yer alan Kamboca yığması keçirdiyi 6 oyunda cəmi 1 xal toplayıb və 5 komanda arasında sonuncudur.