Futbol üzrə Türkiyə milli komandası AÇ-2020-yə hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Corner.az xəbər verir ki, Şenol Günəşin yetirmələri Moldova yığması ilə üz-üzə gəlib.
Almaniyanın Paderborn şəhərində keçirilən görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları Burak Yılmaz (58-ci dəqiqə) və Cengiz Ünder (77) vurub.
Qeyd edək ki, Türkiyə millisin ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, ikinci oyunda Qvineya ilə qolsuz heç-heçə edib.
Xatırladaq ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrup mərhələsində Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bu komandanın ilk sınağı isə Romada İtaliya yığmasına qarşı olacaq.