5 dekabr 2025. Cümə

İtaliya yığması ilə oyun fərqli olacaq – Şenol Günəş


İtaliya yığması ilə oyun fərqli olacaq  – Şenol Günəş

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Moldova yığmasına qalib gəldikləri yoxlama matçından sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 69 yaşlı mütəxəssis, 2:0 hesabıyla məğlub etdikləri görüşü belə şərh edib:

“Burak Yılmaz və Cengiz Ündərin qol vurması onlar üçün motivasiya olacaq. Qələbə də motivasiyadır. Lakin yoxlama oyununda əsas olan sərgilənən performansdır. Oyunda üstünlüyün bizdə olması normaldır. Rəqibdən güclü idik. Çatışmayan cəhətlərimizə baxacağıq.

Moldova bu oyunda müdafiə olunmağa çalışdı. Belə müdafiəyə qarşı nələr edə biləcəyimizi görmək istədik. İtaliya yığması ilə oyun fərqli olacaq. Daha həyəcanlı və coşğulu matç olacaq. İtaliya ilə oyunun əhəmiyyəti böyükdür”.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Türkiyə yığması turnirdə İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb