- Avropa çempionatı
- 15:35 16.11.2025
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 5-ci turuna start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Boliviya Venesuelanı, Kolumbiya Perunu məğlub edib. Uruqvay doğma meydanda Paraqvayla, Argentina millisi isə Çili ilə “sülh”ə razı olub.
Seçmə mərhələnin lideri Braziliya 5-ci turun son matçında Ekvadoru qəbul edəcək.
DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 5-ci tur
4 iyun
Boliviya – Venesuela 3:1
Qol: Marsel Moreno, 5; 83. Dieqo Bexarano, 60 – Con Çanselor, 26.
Uruqvay – Paraqvay 0:0
Argentina – Çili 1:1
Qol: Lionel Messi, 24-pen – Aleksis Sançes, 36.
Peru – Kolumbiya 0:3
Qol: Yerri Mina, 40. Matues Uribe, 49. Luis Fernando Dias, 55.