5 dekabr 2025. Cümə

İspaniya millisində AÇ-2020 öncəsi koronavirus şoku


İspaniya millisində AÇ-2020 öncəsi koronavirus şoku

 İspaniya millisinin kapitanı Serxio Busketsdə koronavirus aşkarlanıb.

Corner.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda, 32 yaşlı yarımmüdafiəçinin koronavirus testinin nəticəsinin müsbət çıxdığı vurğulanıb. Digər oyunçuların testi isə mənfi olub. Buna baxmayaraq, komandanın mətbuat üçün açıq olan bütün tədbirləri ləğv edilib.

Busketsin karantinə alındığı bildirilib. Onun komandadakı taleyinə qarşıdakı günlərdə götürüləcək növbəti testlərin nəticəsi aydınlıq gətirəcək. “Barselona”nın təcrübəli futbolçusu iyunun 8-də keçiriləcək Litva ilə yoxlama görüşünü dəqiq buraxacaq. Futbolçunun İsveç millisinə qarşı AÇ-2020-nin açılış oyunundakı (14 iyun) iştirakı isə sual altındadır.

Qeyd edək ki, AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb