5 dekabr 2025. Cümə

Hazard Real'dan ayrılmaq istəmir, ancaq… – Kurtua


Hazard Real'dan ayrılmaq istəmir, ancaq… – Kurtua

“Real”ın futbolçusu Tibo Kurtua komanda yoldaşı Eden Hazard haqqında yayılan iddialarla bağlı açıqlama verib.

Corner.az xəbər verir ki,  29 yaşlı belçikalı qapıçı, tez-tez tənqid edilən həmyerlisini müdafiə edib:

“Hazard “Real”dan ayrılmaq istəmir, ancaq Madrid mətbuatı onun ayrılmaq istədiyini yazır. Onu çox tənqid edirlər. Hazard meydanda olmaq və titullar qazanmaq istəyir. O, düşdüyü vəziyyətdən çıxa biləcək gücdədir.

Hazard “Real”da önəmli futbolçulardandır. Son həftələrdə daha çox çalışır, fiziki vəziyyəti də yaxşıdır. Bəlkə də, heç vaxt fiziki baxımdan belə yaxşı olmayıb”.

Qeyd edək ki, Hazard “kral klubu” ilə ümumilikdə 43 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb