5 dekabr 2025. Cümə

İtaliya millisinin ilk dördlüyə düşmək potensialı var


İtaliya millisinin ilk dördlüyə düşmək potensialı var

İtaliya milli komandasının sabiq futbolçusu Alessandro Del Pyero açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu, İtaliya yığmasının AÇ-2020-dəki şanslarını dəyərləndirib:

“Qrup mərhələsində yaxşı oyun gözləyirik və uğurlarımızı artırmalıyıq. İtaliya millisinin ilk dördlüyə düşmək potensialı var. Komandanın baş məşqçisi Roberto Mançini heç vaxt böyük hədəflərdən çəkinməyib.

İtaliya millisi son beş ildə böyük turnirlərdə yaxşı çıxış etməyib. Buna görə dəqiq proqnoz vermək çətindir”.

AÇ-2020 bu il 11 iyun-11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

İtaliya millisi AÇ-2020-də Türkiyə, Uels və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb