7 may 2026. Cümə axşamı

Niderland millisində itki – AÇ-2020-ni buraxacaq


Niderland millisində itki – AÇ-2020-ni buraxacaq

Futbol üzrə Niderland milli komandası ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Donni van de Bek sıradan çıxıb. Bu barədə Niderland millisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AÇ-2020-ni buraxacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Niderland yığması qrup mərhələsində Ukrayna, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb