5 may 2026. Çərşənbə axşamı

Bakıda türk azarkeşlərin çox olacağını düşünürəm - Ozan Kabak


Bakıda türk azarkeşlərin çox olacağını düşünürəm - Ozan Kabak

"Bakıda keçirəcəyimiz 2 görüş azarkeşlər sarıdan bizim üçün əlverişli olacaq. Bu amil oyunumuza müsbət təsir edəcək. Təqribən 1,5 ildir azarkeşsiz oynayırıq. Fanatlar tribunada olanda təmam fərqli ab-hava görürsən".

Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin və "Şalke"nin futbolçusu Ozan Kabak AVRO-2020-nin Bakıdakı oyunları barədə danışarkən deyib.

21 yaşlı müdafiəçi azarkeşlər üçün darıxdıqlarını bildirib: "Xüsusilə Bakıda türkiyəli azarkeşlərin çox olacağını, yaxşı oyun göstərəcəyimizi düşünürəm. Ümid edirəm ki, həm özümüzü, həm də tərəfdarlarımızı sevindərəcəyik".

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb