- Avropa çempionatı
- 16:00 13.04.2026
Fransa milli komandasının futbolçusu Kərim Benzema sıradan çıxıb.
Corner.az xəbər verir ki, 33 yaşlı hücumçu Bolqarıstanla keçirilən yoxlama matçında zədələnib. Benzema qarşılaşmanın 41-ci dəqiqəsində zədə səbəbiylə Olivye Jiru ilə əvəzlənib.
Benzemanın son durumu tibbi müayinədən sonra bilinəcək.
Fransa yığması Jiru (2) və Antuan Qrizmanın qolları ilə Bolqarıstana 3:0 hesabıyla qalib gəlib.