- Avropa çempionatı
- 15:35 16.11.2025
İtaliya və Türkiyə yığmaları arasında AVRO-2020-nin açılış matçının təyinatları müəyyənləşib.
Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Hessel Stiqstra və Yan de Vris 38 yaşlı referinin yardımçısı olacaq. 4-cü hakim funksiyasını fransalı qadın referi Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq.
Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq.