5 dekabr 2025. Cümə

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi


Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Futbol üzrə Türkiyə millisinin üzvləri AÇ-2020-nin Bakıdakı oyunları üçün azərbaycanlı azarkeşlərdən dəstək istəyib.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook” səhifəsində paylaşım edilib.

Belə ki, “ay-ulduzlular”ın qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciət yolu ilə tərəfdarlara səslənib. Onlar azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmalarda yığmanı yalnız buraxmamağı xahiş ediblər.

Qeyd edək ki, A qrupunda yer alan Türkiyə millisi AÇ-nin final mərhələsində ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Şenol Günəşin çalışdırdığı komandanın növbəti iki oyununu Bakıda baş tutacaq. Uelslə matç iyunun 16-da, İsveçrə ilə görüş isə iyunun 20-də keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb