5 dekabr 2025. Cümə

Türkiyə millisi çox güclüdür – Kyellini


Türkiyə millisi çox güclüdür – Kyellini

İtaliya milli komandasının futbolçusu Corco Kyellini AÇ-2020-nin qrup mərhələsinin Türkiyə ilə oyunundan əvvəl fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Kyellini, Türkiyə ilə matçın asan olmayacağını deyib:

“Böyük coşğu ilə bura gəldik. Türkiyə ilə oyun asan olmayacaq. Hamımız bir-birimizi tanıyırıq. Çətin olacaq, ancaq qazanmağa hazırıq.

Türkiyə millisi çox güclüdür. Heyətlərindəki bir neçə oyunçunu A Seriyasından tanıyırıq. Bizə zərər verə biləcək təhlükəli cəhətləri var. Meydana xüsusi motivasiya ilə çıxa və yaxşı performans sərgiləyə bilirlər”.

Qeyd edək ki, İtaliya – Türkiyə matçı bu gün, saat 23:00-da start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb