5 dekabr 2025. Cümə

Qoy, ən yaxşı komanda qalib olsun - Çeferin


Qoy, ən yaxşı komanda qalib olsun - Çeferin

"60 illik Avropa çempionatı futbol dünyasında silinməz iz buraxıb. Qitənin ən böyük futbolçularının çoxu bu turnirdə, ümumiyyətlə, Avropa futbol tarixinin zənginləşdirilməsində mühüm və unudulmaz rol oynayıblar. Bu turnirlərin dünyanın hər yerindən olan azarkeşlər üçün bir çox xatirəsi var".

Corner.az-ın məlumatına görə, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin startı ərəfəsində qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner bildirib ki, fanatlar bu yay həmin həyəcanı yenidən yaşayacaqlar: "Milli komandaların oyunu Avropa futbolunda xüsusi yer tutur. Bu, milli kimliyin həyat mənbəyi və birləşdirici amilidir. Çünki bu cür matçlar ölkənin hər yerindən azarkeşləri yığmaya dəstək olmaq üçün bir araya gətirir. Saysız-hesabsız oyunçular millinin formasını geyinməkdən qürur duyur, komanda uğur qazananda həmvətənlərinə böyük sevinc yaşadırlar".

AVRO-2020-nin məlum səbəbdən bir il gec keçirildiyini xatırladan Çeferin qəbul edilən qərarlarda sağlamlıq və təhlükəsizliyi hər zaman prioritet götürdüklərini vurğulayıb: "Avropa futbolunun maraqlı tərəfləri - milli assosiasiyalar, klublar, liqalar və oyunçular arasındakı mükəmməl iş birliyinə etibar edə biləcəyimiz üçün son dərəcə şanslıyıq. Bu həmrəylik ruhu futbolun nələrə qadir olduğunu göstərir".

UEFA prezidentinin sözlərinə görə, Avropa çempionatı özündən sonra azarkeşlərin əbədi xatırlayacağı gözəl anlar qoyacaq: "AVRO-2020 nüfuzlu Avropa futbolunun 60-cı ildönümü üçün əsl bayram olacaq. Bundan zövq alın. Qoy, ən yaxşı komanda qalib olsun".

Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı "Olimpiko" stadionunda baş tutacaq İtaliya - Türkiyə matçı ilə start götürəcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb