5 may 2026. Çərşənbə axşamı

Türkiyə millisinin futbolçusu tarixə düşdü


Türkiyə millisinin futbolçusu tarixə düşdü

Futbol üzrə Avropa çempionatları tarixində ilk yaşanıb.

Corner.az-ın məlumatına görə, bu, AVRO-2020-nin İtaliya və Türkiyə yığmaları arasındakı açılış oyununa təsadüf edib. 53-cü dəqiqədə meydan sahiblərindən Domeniko Berardinin ötürməsindən sonra qonaq komandanın futbolçusu Merih Demiral topu öz qapısına vurub. Bununla da qitə çempionatları tarixində birinci top avtoqolla olub.

İtaliya yığmasının 3:0 hesabı ilə qələbə qazandığı görüşdə komandanın qolkiperi Canluici Donnarumma 22 yaş 106 günündə meydana çıxaraq, Corco Getsiyə (23 yaş 342 gün) məxsus ən gənc qapıçı göstəricisini yeniləyib. Getsi 1960-cı illərdə forma geyinib. 

Türkiyə millisinin hücumçusu Burak Yımaz isə 35 yaş 331 günündə meydana çıxaraq, rekorda imza atıb. Əvvəlki rekord "ay-ulduzlular"ın qapıçısı Rüştü Reçberə (35 taş 46 gün) məxsus olub.

Qeyd edək ki, AVRO-2016-da ilk qolu Fransa millisindən Olivye Jiru vurub.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb