5 may 2026. Çərşənbə axşamı

Məqsədimiz qrupdan çıxmaqdır - Beyl


Məqsədimiz qrupdan çıxmaqdır - Beyl

Uels milli komandasının futbolçusu Qaret Beyl AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində İsveçrə yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Beyl, qrupdan çıxma şansları haqda danışıb:

“Böyük bir futbol tarixinə sahib olan İtaliya millisinin səviyyəsi hər kəsə bəllidir. İsveçrə də yüksək keyfiyyəti olan komandadır. Türkiyə yığmasının son 12 ayda sərgilədiyi performansa baxsaq, hər kəsi məğlub etmək gücündə olduqlarını görə bilərik. Kimin favorit olduğunu demək çətindir. Bizi maraqlı və mübarizəli oyunlar gözləyir. Məqsədimiz qrupdan çıxmaqdır. Bunu bacarsaq, növbəti hədəflərimizə baxacağıq”.

Uels yığması ilk oyunda bu gün İsveçrə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb