5 may 2026. Çərşənbə axşamı

Mənim üçün turnirin favoritlərindən biri İngiltərə yığmasıdır


Mənim üçün turnirin favoritlərindən biri İngiltərə yığmasıdır

Xorvatiya milli komandasının futbolçusu Luka Modriç AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İngiltərəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, Modriç, İngiltərənin AÇ-2020-nin favoritlərindən olduğunu deyib:

“İngiltərə millisini yüksək qiymətləndirirəm. Mənim üçün bu turnirin favoritlərindən biri İngiltərə yığmasıdır. Bundan başqa, onlar qrup mərhələsinin hər üç oyununu öz evlərində keçirəcəklər. İngiltərənin təcrübəli futbolçuları, baş məşqçisi var. Heyətdə istedadlı oyunçuları da çoxdur. Lakin bu, onları məğlub etməyə çalışmayacağımız anlamına gəlmir. Daha əvvəl nəyə qadir olduğumuzu göstərdik. İngiltərəyə qarşı necə oynamaq lazım olduğunu bilirik”.

Sabah keçiriləcək İngiltərə – Xorvatiya oyunu saat 17:00-da start götürəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb