- Avropa çempionatı
- 16:00 13.04.2026
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin növbəti oyunları keçirilir.
Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Uels və İsveçrə yığmaları Bakı Olimpiya stadionunda üz-üzə gəliblər. Oyunda qalib müəyyənləşməyib.
Bu gün B qrupunun da oyunları olacaq. Danimarka yığması Finlandiya ilə qarşlaşacaq. Turnirin favoritlərindən olan Belçika yığması Rusiya millisini sınağa çəkəcək.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Avropa çempionatı, qrup mərhələsi, 1-ci tur
11 iyun
A qrupu
Türkiyə – İtaliya 0:3
Qol: M.Demiral, 53-öz qapısına. Ç.İmmobile, 66. L.İnsinye, 79.
12 iyun
A qrupu
Uels – İsveçrə 1:1
Qol: K.Mur, 74 – B.Embolo, 49.