5 dekabr 2025. Cümə

AÇ-2020: Finlandiya və Belçika'dan qələbə!


AÇ-2020: Finlandiya və Belçika'dan qələbə!

Futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin daha üç oyunu keçirilib.

Corner.az xəbər verir ki, ikinci oyun günündəki görüşlərdən biri Bakıda baş tutub.

Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. A qrupunun digər matçında İtaliya millisi Türkiyəni 3:0 hesabıyla məğlub edib.

Daha sonra B qrupunda mübarizəyə start verilib.

Əvvəlcə Kopenhagendə Danimarka yığması Finlandiya ilə üz-üzə gəlib. Meydan sahiblərinin yarımmüdafiəçisi Kristian Eriksenin huşunu itirməsi ilə əlaqədar bu oyunda böyük fasilə yaransa da, sonradan matç bərpa olunub və qonaqlar qələbə qazanıb. Günün son matçı isə Rusiya Belçika millisi ilə münasibətlərinə aydınlıq gəlib. Sankt-Peterburqda təşkil olunan görüşdə belçikalılar inamlı qələbə qazanıb.

AÇ-2020
12 iyun

A qrupu

Uels – İsveçrə 1:1
Qol: K.Mur, 74 – B.Embolo, 49.
Baş hakim: Kleman Turpen (Fransa).
Bakı. Olimpiya Stadionu.

B qrupu

Danimarka – Finlandiya 0:1
Qol: Y.Pohyanpalo, 60.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Kopenhagen. Parken stadionu.

Belçika – Rusiya 3:0
Qol: R.Lukaku, 10. T.Munye, 34, R.Lukaku, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb