5 dekabr 2025. Cümə

AÇ-2020: Finlandiyadan tarixi qələbə


AÇ-2020: Finlandiyadan tarixi qələbə

Futbol üzrə Finlandiya yığması tarixində ilk dəfə vəsiqə qazandığı Avropa çempionatına uğurlu start verib.

Corner.az xəbər verir ki, sözügedən komanda Kopenhagendə qarşılaşdığı Danimarka yığmasını 1:0 hesabıyla məğlub edib.

Finlandiya yığmasının Avropa çempionatlarındakı ilk qolunu isə Yoel Pohyanpalo vurub. O, qarşılaşmanın 59-cu dəqiqəsində fərqlənib. Bununla da 26 yaşlı futbolçu Finlandiya millisinin tarixinə düşüb.

Qeyd edək ki, Pohyanpalo müqavilə ilə Almaniyanın “Bayer” klubuna məxsusdur. Lakin o, geridə qalan mövsümü icarə əsasında bu ölkənin digər təmsilçisi “Union Berlin”də keçirib və 20 oyunda 6 qola imza atıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb