- Avropa çempionatı
- 15:35 16.11.2025
UEFA-nın prezidenti Aleksander Çeferin AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən danimarkalı futbolçu Kristian Eriksenlə bağlı fikirlərini bildirib.
Corner.az xəbər verir ki, 53 yaşlı funksioner, UEFA-nın mətbuat xidməti vasitəsilə bunları deyib:
“Kristianın tez bir zamanda sağalmasını diləyirəm. Tanrıdan ailəsinə güc verməsi üçün dua edirəm. Belə zamanlarda futbol ailəsi o qədər güclü olur ki, hər kəs xoş duaları ilə dəstəyini nümayiş etdirir. İki komandanın azarkeşlərinin Eriksen üçün qışqırdığını gördüm. Futbol gözəldir və Eriksen də bu oyunu gözəl oynayır”.
Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Eriksen meydanı xərəkdə tərk edib. Futbolçunun durumu hazırda yaxşıdır.