5 dekabr 2025. Cümə

Avropa çempionatının ən gənc futbolçusu ünvanı yeniləndi


Avropa çempionatının ən gənc futbolçusu ünvanı yeniləndi

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatları tarixinin ən gənc futbolçusu ünvanına sahib çıxıb.

Corner.az-ın məlumatına görə, AVRO-2020-nin ilk turunun Xorvatiya ilə qarşılaşmasında Bellingem meydana 17 yaş 349 günündə meydana çıxıb.

Bunadək rekordçu niderlandlı Yetro Villems olub. O, 18 yaş 71 günündə ikən qitə çempionatında forma geyinib.

"Birmingem"in yetirməsi olan Bellingem 2020-ci ilin yayında 23 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubuna keçib. O, 2023-cü ilin yayınadək olan müqaviləyə imza atıb.

Daha bir maraqlı məqam ondadır ki, bu gün Avstriya ilə AVRO-2020-nin oyununda qol vuran Qoran Pandev Şimali Makedoniya yığmasında 20 il əvvəl debüt edib. O, ilk oyununa çıxdığı vaxt Bellingem həyatda olmayıb.

Qeyd edək ki, milli komandaların AVRO-2020 üçün sifariş ərizələrində ən gənc oyunçu polşalı yarımmüdafiəçi Katsler Kozlovskidir. Lakin o, hələ meydana çıxmayıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb