Futbol üzrə Avropa çempionatı davam edir.
Corner.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Əvvəlcə D qrupu çərçivəsində İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib. Görüşdə ingilislər minimal hesabla qələbə qazanıb.
Günün ikinci matçı C qrupunda Avstriya və Şimali Makedoniya yığmaları qarşılaşıb. Oyun avstriyalıların inamlı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda isə Niderland və Ukrayna milli komandaları üz-üzə gəlib. Bu görüşdə isə Niderland yığması çətin qələbə qazanıb.
AÇ-2020
13 iyun
D qrupu
İngiltərə – Xorvatiya 1:0
Qol: R.Sterlinq, 57.
Baş hakim: Daniele Orsato (İtaliya).
London. “Uembli” stadionu.
C qrupu
Avstriya – Şimali Makedoniya 3:1
Qol: Ş.Layner, 18. M.Qreqoriç, 78. M.Arnautoviç, 89 - Q.Pandev, 28.
Baş hakim: Andreas Ekberq (İsveç).
Buxarest. Milli stadion.
Niderland – Ukrayna 3:2 (2-ci hissə)
Qol: C.Veynaldum, 52. V.Veqorst, 58. D.Dumfris, 85 - A.Yarmolenko, 75. R.Yaremçuk, 79.
Baş hakim: Feliks Brıx (Almaniya).
Amsterdam. Yohan Kroyff Arena.