7 may 2026. Cümə axşamı

AVRO-2020: Millimizin baş məşqçisi favoritlərini açıqladı


AVRO-2020: Millimizin baş məşqçisi favoritlərini açıqladı

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatındakı favoritlərini açıqlayıb.

Corner.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis İtaliya, İngiltərə, Fransa və Belçikanı fərqləndirib. İtaliyalı baş məşqçi İngiltərənin Xorvatiyanı 1:0 hesabı ilə yendiyi görüşün kifayət qədər darıxdırıcı alındığını, amma qələbənin layiqli olduğunu vurğulayıb.

De Byazi Belçika yığmasının Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı "dubl" müəllifi Romelu Lukakunu qeyri-adi və fiziki baxımdan qarşısıalınmaz futbolçu adlandırıb.

Baş məşqçinin fikrincə, İtaliyanın Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı əsas tutaraq, bununla kifayətlənməmək və müəyyən hesablamalar aparmamaq lazımdır: "İtaliya çox yaxşı oynayır və topa sahib olur. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır".








Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb