5 may 2026. Çərşənbə axşamı

Şenol Güneş: Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik


Şenol Güneş: Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda İsveçrənin Uelslə 1:1 hesablı heç-heçə etməsi Türkiyə yığmasının əhval-ruhiyyəsini yüksəldib.

Corner.az "Milliyet"ə istinadən xəbər verir ki, bu vəziyyətin komandada arxayınlığa səbəb ola biləcəyini düşünən baş məşqçi Şenol Güneş futbolçulara xəbərdarlıq edib.

69 yaşlı mütəxəssis bildirib ki, rəqibləri qarşılaşmanı "ay-ulduzlular"ın istədikləri kimi başa vurublar. Lakin o, qrupdakı vəziyyətlərində dəyişikliyin baş vermədiyini söyləyib: "Bəlkə də bizə 4 xal kifayət edəcək. Amma digər iki oyunu qazanaraq qrupdan çıxmalıyıq. Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram".

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb