5 may 2026. Çərşənbə axşamı

Amerika kuboku: Braziliya millisi darmadağınla başladı


Amerika kuboku: Braziliya millisi darmadağınla başladı

Bu gün Amerika kubokunun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, turnirin açılış matçında Braziliya Venesuela ilə qarşılaşıb. Görüş braziliyalıların 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Günün digər matçında Kolumbiya və Ekvador milli komandaları üz-üzə gəliblər. Kolumbiya rəqibini minimal hesabla qalib gəlib – 1:0.

Amerika kubokuna ev sahibliyini Braziliya edir. Turnirdə 10 yığma hərəsində 5 komanda olmaqla iki qrupa bölünüb.

A qrupunda Braziliya, Kolumbiya, Peru, Ekvador və Venesuela, B qrupunda isə Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvay yığmaları mübarizə aparacaq.

Amerika kuboku, qrup mərhələsi, ilk tur

14 iyun

Braziliya – Venesuela 3:0
Qol:
 Markos Aoas Korrea, 23. Neymar, 64-pen. Qabriel Barbosa, 89.

Kolumbiya – Ekvador 1:0
Qol:
 Edvin Kardona, 42.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb