5 may 2026. Çərşənbə axşamı

Tanrının həmin vaxt futbola baxdığına inanıram - Mourinyo


Tanrının həmin vaxt futbola baxdığına inanıram - Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo AÇ-2020-nin Danimarka – Finlandiya (0:1) matçında huşunu itirən Kristian Eriksenlə bağlı fikirlərini bildirib.

Corner.az “TalkSport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 29 yaşlı yarımmüdafiəçinin yaşadıqları haqda bunları deyib:

“Dünən baş verənləri fikirləşmədən dura bilmirəm. Məncə, məyus olmaq yox, sevinmək üçün bir gündür. Yaxşı ki, futbolda sağlıq dəstəyi daha yüksək səviyyələrə çatdırılıb. Həmçinin Tanrının həmin vaxt futbola baxdığına da inanıram. Bütün bunlar Eriksenin bizimlə, ailəsiylə birlikdə həyatda qalmasına icazə verdi.

Futboldan daha vacib şeylər var. Futbol insanları bir yerə gətirir. Dünən dua etdim, dünən ağladım. Səbəblər fərqli olsa belə, insanlar bir yerə toplaşmışdı. Sonda sevinirik, çünki Eriksen yaşayır”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb