- Avropa çempionatı
- 16:00 13.04.2026
AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Polşa – Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, Slovakiya yığmasının müdafiəçisi Milan Şkrinyar bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. "İnter"də çıxış edən 26 yaşlı mərkəz müdafiəçi matçın 69-cu dəqiqəsində komandasının qələbə qolunu vurub.