- Avropa çempionatı
- 15:35 16.11.2025
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin növbəti oyunları keçirilib.
Corner.az xəbər verir ki, dünən növbəti üç oyun keçirilib. D qrupu çərçivəsində Şotlandiya Çexiya ilə qarşılaşıb və iki cavabsız qolla məğlub olub. E qrupunda İspaniya İsveçin, Polşa isə Slovakiyanın müqavimətini qırmağa çalışıb. Polşalılar slovaklara uduzublarsa, ispanlar isveçlilərlə heç-heçəyə razılaşıblar.
Avropa çempionatı, qrup mərhələsi, 1-ci tur
11 iyun
A qrupu
Türkiyə – İtaliya 0:3
Qol: M.Demiral, 53-öz qapısına. Ç.İmmobile, 66. L.İnsinye, 79
12 iyun
A qrupu
Uels – İsveçrə 1:1
Qol: K.Mur, 74 – B.Embolo, 49.
B qrupu
Danimarka – Finlandiya 0:1
Qol: Y.Pohyanpalo, 60.
Belçika – Rusiya 3:0
Qol: R.Lukaku, 10; 88. T.Munye, 34.
13 iyun
D qrupu
İngiltərə – Xorvatiya 1:0
Qol: R.Sterlinq, 57.
C qrupu
Avstriya – Şimali Makedoniya 3:1
Qol: Ş.Layner, 18. M.Qreqoriç, 78. M.Arnautoviç, 89 – Q.Pandev, 28.
Niderland – Ukrayna 3:2
Qol: C.Veynaldum, 52. V.Veqorst, 58. D.Dumfris, 85 – A.Yarmolenko, 75. R.Yaremçuk, 79.
14 iyun
D qrupu
Şotlandiya – Çexiya 0:2
Qol: P.Şik, 42; 52.
E qrupu
Polşa – Slovakiya 1:2
Qol: K.Linetti, 46 – V.Şesnı, 18-öz qapısına. M.Şkrinyar, 69.
Qırmızı vərəqə: Q.Krıxovyak, 62 (ikinci sarı).
İspaniya – İsveç 0:0