5 dekabr 2025. Cümə

Messidən növbəti rekord


Messidən növbəti rekord

Argentina yığmasının hücumçusu Lionel Messi, Amerika Kubokunun Çili seçməsinə qarşı birinci turunun oyununda (1:1) cərimədən vurduğu qolla əhəmiyyətli statistik nailiyyətə imza atıb.

Corner.az xəbər verir ki, bu, 33 yaşlı futbolçunun karyerası ərzində Argentina yığmasının heyətindəki rəsmi matçlarda 39-cu qol olub. Forvard bu göstərici üzrə əfsanəvi Qabriel Batistutanı (38 qol) keçib.

Messinin Argentina yığmasının heyətində hesabında ümumilikdə 145 matç var. O, bu oyunlarda 73 qol vurub. Batistuta isə 49 görüşdə 45 dəfə fərqlənib. Siyahıdakı ilk üçlükdə 97 oyunda 41 qolla Serxio Aquero yer alır.

Messi ötən mövsüm "Barselona"nın heyətində 47 görüşdə iştirak edib, onun hesabında 38 qol və 14 məhsuldar ötürmə var.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb