5 dekabr 2025. Cümə

Qrizmann: AÇ-2020-ni də qazanmaq istəyirik


Qrizmann: AÇ-2020-ni də qazanmaq istəyirik

Fransa milli komandasının futbolçusu Antuan Qrizmann AÇ-2020 ilə bağlı fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, çempion olmaq istədiklərini deyib:

“Yaxşı turnir olacaq. Dünya çempionatını qazandıqdan sonra hamının bizdən gözləntiləri böyükdür. AÇ-2020-ni də qazanmaq istəyirik. AÇ-2016-da finalda uduzduq, bu dəfə bacarmaq istəyirik.

Fransa millisinin tarixinə düşmək istəyirəm. Burda olduğum üçün qürurluyam. Rekordlar qırıb, zirvəyə çatmaq istəyirik”.

Qrizmann Fransa yığması ilə 90 oyunda 36 qol vurub.

Fransa millisi AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Almaniya ilə qarşılaşacaq. Oyun bu gün – iyunun 15-də keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb