5 dekabr 2025. Cümə

Laport'dan Morata'ya dəstək: Növbəti oyunlarda hamını susduracaq


Laport'dan Morata'ya dəstək: Növbəti oyunlarda hamını susduracaq

İspaniya milli komandasının müdafiəçisi Emerik Laport AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İsveçlə qarşılaşdıqları oyundan (0:0) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu, sözügedən matçda yaxşı performans göstərə bilməyən və azarkeşlər tərəfindən fitə basılan Alvaro Morataya dəstək olub:

“Fitə basılmaq yeni bir şey deyil. Morata bir çox şeyi sübut etmiş futbolçudur. Onun bu oyunda yaxşı çıxış etmədiyi bəllidir. Ancaq növbəti oyunda üç qol vurar, hər kəsi susdurar.

Bu gün qol vura bilmədik, növbəti oyun 5-ni vura bilərik. Hücumçu problemimiz yoxdur. Bu oyunda işlərimiz yolunda getmədi. Belə 10 oyun oynasaq, 9-nu qazanarıq. Bu gün isə heç-heçə etdik”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb