- Avropa çempionatı
- 15:35 16.11.2025
Avropa çempionatının B qrupunda mübarizə aparan Rusiya millisinin futbolçusu Yuri Jirkov heyətdən çıxarılıb.
Corner.az-ın məlumatına görə, buna səbəb 38 yaşlı müdafiəçinin zədələnməsi olub.
Təcrübəli oyunçunun zədəsi ağır olduğundan məşqçilər korpusu onun növbəti oyunlarda iştirakını məqsədəuyğun hesab etməyib.
Jirkov Belçikaya 0:3 hesabı ilə məğlub olduqları qrupun ilk matçında bud əzələsindən xəsarət alıb. O, Moskvadakı klinikalardan birində reabilitasiyaya başlayacaq.