- Avropa çempionatı
- 15:35 16.11.2025
Avropa çempionatının Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və yarışın könüllüləri Danimarka millisinin futbolçusu Kristian Eriksenə dəstək olub.
Corner.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.
Xatırladaq ki, AVRO-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya matçında Kristian Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunub.