5 dekabr 2025. Cümə

Morata'nın buna layiq olmadığını düşünürəm - Enrike


Morata'nın buna layiq olmadığını düşünürəm - Enrike

İspaniya millisinin baş məşqçisi Luis Enrike AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İsveçlə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, 0:0 hesabıyla bitən oyunu belə şərh edib:

“Çox yaxşı müdafiə olunan komandaya qarşı kifayət qədər qol imkanımız oldu. Azarkeşlər və futbolçular üçün yaxşı axşam olmadı”.

Enrike, oyun zamanı azarkeşlər tərəfindən fitə basılan hücumçu Alvaro Morataya dəstək olub:

“Moratanı fitə basdılar. Mən onun buna layiq olmadığını düşünürəm. Bizə düşündüyümüzdən çox fayda verir. Arxasında qalan topu vura bilmədi deyə, tənqid olunur. Azarkeşlərimiz onu alqışlamalıdırlar. Bu, məni xoşbəxt edər. Meydanda mübarizə aparan hər kəsi alqışlamaq lazımdır. Morata da onlardan biridir”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb