- Avropa çempionatı
- 16:00 13.04.2026
AVRO-2020-nin F qrupunun Macarıstanla oyunu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.
Corner.az-ın məlumatına görə, start heyətində meydana çıxan 36 yaşlı hücumçu 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tarixə keçib.
Təcrübəli futbolçu daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olub.
Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılsa da, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb.