5 dekabr 2025. Cümə

Türkiyəyə çətinlik yarada biləcəyik bir planımız var


Türkiyəyə çətinlik yarada biləcəyik bir planımız var

"Oyunun bəzi hissələrində daha yaxşı çxış etməyə çalışacağıq. Bunun üçün ciddi hazırlaşmışıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydana ən yaxşı "11-lik"lə çıxacağını bildirib: "Əvvəlki matçla müqayisədə böyük dəyişiklik olmayacaq.Rəqibdən çəkinmirik, sadəcə, hörmət edirik.Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq. Rəqibin güclü tərəflərini bilirik. Türklərə çətinlik yarada biləcək bir planımız var. Bunu meydana qoyacağıq. Həqiqətən yaxşı bir komandaya qarşı oynayacağımızı deyə bilərəm. Onlara hörmətlə yanaşırıq. Təbii ki, bəzi dəyişiklər ola bilər. Bunu düşünəcəm və lazım olan addımı atacam."

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb