- Avropa çempionatı
- 11:12 05.11.2024
"Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas olan komanda şəklində yüzdə yüzümüzü vermək və sakin oyunumuzu davam etdirmək"
Corner.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı hücumçu bildirib ki, onun üçün qolu kimin vurmasının fərqi yoxdur: "Onəmli olan hədəfə birlikdə irəliləməyimizdir. Əlbətdə, böyük bir izdihama qarşı oynamaq çox gözəl olacaq. Türk azarkeşin necə olduğunu bilirəm. Biz tərəfdən bəlkə də yaxşı olmayan bir şeydir amma daha əvvəl də Türkiyədə oynamışam. Hər iki tərəf üçün də yaxşı bir matç olacağını ümid edirəm. Bu, bizim üçün böyük bir problem deyil, düşmən bir izdiham yaratsa da bizim üçün heç bir əhəmiyyəti yoxdur. Əvvəllər də belə atmosferlərdə oynamışıq. Kollektiv olaraq müdafiə etməli və hücuma keçməliyik. Təsirlənmədən əlimizdən gələni etməliyik. Yaxşı olacağını düşünürəm".
Beyl matçda önə keçmələrinin onların işlərini asanlaşdıracağını da vurğulayıb.