5 dekabr 2025. Cümə

AÇ-2020: Ronaldo matçın ən yaxşısı seçildi


AÇ-2020: Ronaldo matçın ən yaxşısı seçildi
AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Corner.az xəbər verir ki, Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu bu matçda dubl edib. O, komandasının 3:0 hesablı qələbə qazandığı görüşün 87-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. İtaliyanın “Yuventus” klubunun uğurları üçün çalışan təcrübəli futbolçu, 90+2-ci dəqiqədə oyunda son nöqtəni qoyub.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb