- Avropa çempionatı
- 20:40 06.02.2026
AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Fransa – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Mançester Yunayted”də çıxış edən 28 yaşlı futbolçu bu matçda komandasının 1:0 hesablı qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.