5 may 2026. Çərşənbə axşamı

Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək


Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək

"Çox həyəcanlıyam, çünki Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmək mənə də qismət olub. İndi isə əsas milli komanda ikinci evim olan Bakıya gəlib. Ümid edirəm ki, bu gün qələbə qazanacağıq".

Corner.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik Türkiyə yığmasının bu gün Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcəyi AVRO-2020-nin A qrupunun II tur matçı barədə danışarkən deyib.

Görüşü tribunadan canlı izləyəcəyini deyən 21 yaşlı müdafiəçi bildirib ki, "ay-ulduzlular" bu qarşılaşmada ev sahibi olacaq: "Bakı Türkiyə yığmasının evidir. Biz bir millət, iki dövlətik. Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək. "Ay-ulduzlular" hər oyuna qələbə üçün çıxır. Açılış matçında şanssızlıq oldu. Bakıdakı oyunlarda qalib gələrək, qrupdan çıxacaqlarını düşünürəm".

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna rəqib olmasına da münasibət bildirən gənc oyunçu uğurlu nəticəyə inandığını söyləyib: "Çempionlar Liqasında atmosfer hər zaman fərqli olur. Bu turnirdə oynamaq ən böyük xəyallarımdan biridir. Meydana çıxmaq üçün səbirsizlənirəm. Ümid edirəm ki, növbəti mərhələyə biz vəsiqə qazanacağıq".

Çelik II raunddakı potensial rəqibləri olan Yunanıstan "Olimpiakos"undan da danışıb: "Çempionlar Liqasında hər oyun çətindir. Bizim üçün rəqibin adı önəmli deyil. Biz meydana qələbə üçün çıxacağıq".(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb