29 sentyabr 2026. Çərşənbə axşamı

Şenol Günəş Bakıdakı məğlubiyyəti şərh etdi


Şenol Günəş Bakıdakı məğlubiyyəti şərh etdi

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

 Corner.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Bakıda 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Nəticə bizim üçün yaxşı olmadı. Bu turnirə böyük xəyallarla gəldik. İki matç keçirmişik, xalımız yoxdur. Bu oyuna pis başladıq. Tədricən toparlandıq, oyunu bərabərləşdirdik, amma gözlənilməz qol komandaya mənfi təsir etdi. İkinci hissədə də top itkilərimiz çox oldu. Meydanı genişləndirdikcə rəqib oynamağa şans verdik. Pis oynadıq. Ən azı heç-heçə edə bilsəydik, yaxşı olardı. İtaliyadan üç, Uelsdən iki qol buraxmışıq. Halbuki, Uelsi məğlub edəcəyimizi düşünürdük. Qarşıdakı oyuna baxmağımız lazımdır, amma buraxılan 5 qol bizim işimizi çətinləşdirəcək. Durumumuz yaxşı deyil, çətin durumdayıq. Uels isə böyük üstünlük qazandı. Son tur öncəsi digər komandalara baxanda, top fərqimiz də heç ürəkaçan olmadığı görünür”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat