- Avropa çempionatı
- 11:12 05.11.2024
AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən Türkiyə – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, Uels yığmasının kapitanı Qaret Beyl bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə hər iki qolun ötürməsini Beyl verib. Düzdür, təcrübəli futbolçu 61-ci dəqiqədə penaltidən dəqiq yararlana bilməyib. Amma bu, onun matçın ulduzu seçilməsinə mane olmayıb.