9 avqust 2026. Bazar günü

Qaret Beyl Bakıdakı qələbəni şərh etdi


Qaret Beyl Bakıdakı qələbəni şərh etdi

"Qələbə qazandığımız üçün sevincliyəm. Oyuna ciddi hazırlaşmışdıq. Meydanda sonadək mübarizə apardıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyəyə 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun II tur matçından sonra deyib.

32 yaşlı hücumçu bildirib ki, ikinci hissədə penaltini boşa versə də, xarakter nümayiş etdirib: "Ruhdan düşmədim və mübarizə aparmağa davam etdim. İkinci qol möhtəşəm alındı".

Təcrübəli oyunçunun sözlərinə görə, bu görüşdə qələbə qazanmaq önəmli idi: "İlk baxışdan 4 xal qrupdan çıxmaq üçün yetərli görünür. Amma arxayınlaşmamalıyıq. Turnirdən öncə 4 xal verilsəydi, dərhal qəbul edərdik".

Qeyd edək ki, Qaret Beyl matçın ən yaxşı futbolçusu seçilib.(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat