5 may 2026. Çərşənbə axşamı

Dünyanın ən bəxtəvər uelslisiyəm - Peyc


Dünyanın ən bəxtəvər uelslisiyəm - Peyc

"Oyunçularımla qürur duyuram. Daha yaxşısını istəyə bilməzdim. Güclü rəqibə qarşı oynadıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda Türkiyə yığmasına 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun II tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis Qaret Beylin kapitanlıq sarğısını əbəs yerə daşımadığını bildirib: "İlk qolun ötürməsindən əlavə, ikinci qol zamanı bizə künc zərbəsi qazandırdı. Onun çıxışından çox razıyam. Penaltini boşa verəndən sonra daha yaxşı oynamağa çalışdı. Beylin gücü və sürəti bundan sonra da bizə fayda verə bilər".

Peyc İtaliya ilə qrupun son oyunu barədə də danışıb: "4 xal qrupdan çıxmaq üçün pis nəticə deyil. Amma İtaliyaya qarşı da bu cür oynayacağıq. Onları da məğlub edə bilərik. Dünyanın ən bəxtəvər uelslisiyəm. Hər köynəyimizin üstündəki bayraq üçündür. Aaron Remzi də çox gözəl oynadı. Hamı böyük adlar haqqında danışmaq istəyir. Amma bu gün komanda əla təsir bağışladı".







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb