5 may 2026. Çərşənbə axşamı

AÇ-2020: İtaliya 1/8 finalda!


AÇ-2020: İtaliya 1/8 finalda!

 AÇ-2020-nin qrup mərhələsində II tura start verilib.

Corner.az xəbər verir ki, çempionatın 6-cı günündə 3 qarşılaşma keçirilib. İlk oyun B qrupunda başlayıb. Gözlənilmədən Danimarkaya qalib gələn Finlandiya çempionata uğursuz başlayan Rusiya ilə qarşılaşıb. Ruslar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Digər iki matç A qrupunda keçirilib. Bakı Olimpiya Stadionu ikinci matçı qəbul edib. Bu dəfə qardaş Türkiyə yığması Uelslə üz-üzə gəlib. İlk turda hər iki komanda xal itirdiyindən işini çətinə salmamaq üçün qalib gəlməliydi. Uels yığması bu görüşdə inamlı qələbə qazanıb.

Günə Romada yekun vurulub. İsveçrə ilə qarşılaşan İtaliya qalib gələrək 1/8 finala ilk vəsiqənin sahibi olub. 

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

AÇ-2020
II tur, 16 iyun

B qrupu

Finlandiya - Rusiya 0:1

Qol: A.Mirançuk, 45+2.
Baş hakim: Danni Makkeli (Niderland)

A qrupu

20:00. Türkiyə - Uels 0:2

Qol: A.Remsi, 43. K.Roberts, 90+5.
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)


İtaliya – İsveçrə 3:0
Qol: M.Lokatelli, 26; 52. Ç.İmmobile, 89.
Baş hakim: Sergey Karasyov (Rusiya)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb