5 dekabr 2025. Cümə

AÇ-2020: Kapitan ən yaxşı seçildi


AÇ-2020: Kapitan ən yaxşı seçildi

AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, Ukrayna yığmasının hücumçusu Andrey Yarmolenko bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu bu görüşdə qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi görüşdə kapitan Yarmolenko bir qol vurub, digər qolda da məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Yarmolenko hazırda İngiltərənin “Vest Hem” klubunun formasını geyinir.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb