9 avqust 2026. Bazar günü

AÇ-2020: Ardıcıl ikinci dəfə ən yaxşı seçildi


AÇ-2020: Ardıcıl ikinci dəfə ən yaxşı seçildi

AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Danimarka – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib.

 Corner.az xəbər verir ki, Belçika yığmasının hücumçusu Romelu Lukaku bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu görüşdə sərgilədiyi performansla qazandıqları 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub.

Xatırladaq ki, Lukaku ilk turda Rusiyaya 3:0 hesabıyla qalib gəldikləri görüşdə də matçın ulduzu seçilmişdi. Bununla da Romelu AÇ-2020-də iki dəfə matçın ən yaxşı futbolçusu seçilən ilk oyunçu olub.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat